The Trump Organization

The Trump Organization
The Trump Organization
Loqonun şəkli
Ümumi məlumatlar
Tipi məhdud məsuliyyətli cəmiyyət[d]
Sənaye pərakəndə
Məhsulu Otel
Təsis tarixi 1923; 97 il əvvəl
(E.Trump & Son kimi)
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi gəliri 655 milyon $ (2017)
Struktur
İşçi sayı 22,450 (2015)
Rəhbərlik
Təsisçilər
Prezident Donald Tramp
trump.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

The Trump Organization (azərb. "Tramp Orqanizeyşn"‎) — Donald Trampın sahib olduğu 500-ə yaxın biznesdən ibarət konqlomerat.[1] Bu bizneslərdən təxminən 250-si Trampın adından istifadə edir. Konqlomerat 1923-cü ildə Donald Trampın nənəsi Elizabet Krist Tramp və atası Fred Krist Tramp tərəfindən "E.Trump & Son" olaraq quruldu.

Konqlomerat müxtəlif təsis şirkətləri və ortaqlıqları sayəsində daşınmaz əmlakın inkişafı, sərmayə qoyuluşu, vasitəçilik, satış, marketinq və əmlak idarəçiliyində maraqlara sahib olmuşdur. Konqlomeratın subyektləri müxtəlif ölkələrdə yaşayış daşınmaz əmlakına, otellərə, kurortlara , yaşayış qüllələrinə və qolf sahələrinə sahiblik edir, sərmayə qoyur və inkişaf etdirirlər. Tramp adı altında inşaat, mehmanxana, qumarxana, əyləncə, kitab və jurnal nəşri, yayım mediası, model rəhbərliyi, pərakəndə satış, maliyyə xidmətləri, qida və içkilər, biznes təhsili, onlayn səyahət, ticarət, özəl aviasiya və gözəllik yarışmaları fəaliyyət göstərir.[2] Konqlomeratın subyektləri, həmçinin "The Apprentice" canlı televiziya proqramının françayzinqini istehsal edən Nyu-York televiziya istehsal şirkətinə də sahibdirlər.[3] Pərakəndə satış sahələrinə moda geyimləri, zərgərlik və aksesuarlar, kitablar, ev əşyaları, işıqlandırma məhsulları, vanna otağı aksesuarları, yataq dəstləri, ətir məhsulları, kiçik dəri məmulatları, araq, şərab, qab-qacaq, biftek, şokolad və qablaşdırılmış bulaq suyu daxildir.

  1. "Arxivlənmiş surət". 2016-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-03.
  2. https://qz.com/461688/a-list-of-everything-donald-trump-runs-that-has-his-name-on-it/ Arxivləşdirilib 2022-08-26 at the Wayback Machine 22 iyul, 2015
  3. https://www.wsj.com/articles/donald-trump-is-frugal-with-his-cash-in-republican-presidential-race-1439335893 Arxivləşdirilib 2016-01-26 at the Wayback Machine 11 Avqust, 2015

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search